"Khazar İsland"da mənzillərin kv.metri 4000 manatdan satılır

"Khazar İsland"da mənzillərin kv.metri 4000 manatdan satılır

30 Yanvar 2014 10:07
Bəyəndim (0) Bəyənmədim (0)
Alıcılara güzəştlər də var

Azərbaycanda "Khazar Island" meqa-layihəsini həyata keçirən "Avesta" Konserni layihə çərçivəsində satılacaq mənzillərin rəsmi qiymətini açıqlayıb.

"Avesta" Konsernindən verilən məlumata görə, Konsernin prezidenti İbrahim Nehrəmli bildirib ki, hər 1 kv. metri 4 000 manatdan satılacaq mənzillər müştərilərə 10 illik ipoteka krediti ilə də veriləcək. Digər maraqlı bir məqam isə ondan ibarətdir ki, alıcılar burada satılan mənzilləri ipoteka kreditindən əlavə, 2 illik faizsiz kreditlə də əldə edə bilər.İ.Nehrəmli bildirib ki, ilkin ödənişdən asılı olaraq, ipoteka kreditinin faiz şərtləri də dəyişəcək: "Alıcı ilkin ödənişi çox etdiyi halda, illik ipoteka faizi də xeyli aşağı düşəcək".

İ.Nehrəmli ilkin ödəniş cədvəlini də açıqlayıb. Bu cədvələ əsasən, ilkin ödənişdən asılı olaraq, ipoteka dərəcəsi 10% ilkin ödəniş edənlər üçün illik 10%, ilkin ödəniş 20% olduqda - illik 8%, ilkin ödəniş 30% olduqda - illik 6%, ilkin ödəniş 50% olduqda isə ipoteka dərəcəsi illik 4% təşkil edəcək.Həmçinin, mənzillərin dəyərinin 10%-i həmin mənzillərin təmirinə sərf ediləcək. Nəticədə, bütün mənzillər alıcılara tam təmirli təhvil veriləcək.