Bu gün hava necə olacaq?
Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Bakıda
gecə 15-17° isti, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi 763 milli
metr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 85-95, gündüz 60-65
faiz olacaq.
Naxçıvan Muxtar Respublikasında hava gündüz əsasən yağmursuz keçəcək. Gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 23-28° isti təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
hava gündüz əsasən yağmursuz keçəcək. Gecə və axşam bəzi yerlərdə
şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı gözlənilir. Dolu
düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 15-20° isti təşkil edəcək.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava gündüz əsasən yağmursuz keçəcək. Gecə və axşam bəzi yerlərdə
şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı gözlənilir. Dolu
düşəcəyi ehtimalı var. Havanın temperaturu gecə 11-16° isti, gündüz 21-26° isti təşkil edəcək.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, lokal leysan
xarakterli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gecə 9-14° isti, gündüz 19-24° isti təşkil edəcək, dağlarda gecə 4-9° isti, gündüz 14-19° isti olacaq.
Mərkəzi-Aran:
Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad,
Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək. Gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 12-17° isti, gündüz 23-28° isti təşkil edəcək.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti təşkil edəcək, dağlarda gecə 7-11° isti, gündüz 17-20° isti olacaq.
Xəbərdarlıq:
mayın 26-da qeyri-sabit, əsasən gecə və axşam bəzi yerlərdə yağışlı
hava şəraiti davam edəcək. Kür çayına tökülən çaylarda sululuğun artması
nəticəsində həftənin sonunadək Kürün aşağı axınında səviyyənin
artımının davam edəcəyi gözlənilir.
Könül Aypara


.jpg)



















































.jpg)
.jpg)
.jpg)





































