İbrahim Tatlıses körpəsilə belə vidalaşdı

İbrahim Tatlıses körpəsilə belə vidalaşdı

28 Yanvar 2014 14:00
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlıses boşandığı həyat yoldaşıAyşegül Yıldız və qızı Elif Ada ilə Kuşadasında görüşüb.

Ans-in məlumatına görə, İbo Ayşegül Yıldızla birlikdə çəkdirdiyi fotoları "İnstagram" səhifəsində paylaşıb. Şəkillərin altında isə "Elif Ada ilə vida qəhvəaltısında. Bu gün qızımın günüdür. Anasına təşəkkürlər", - deyə yazıb.
Qeyd edək ki, 11 il sevgili olduqdan sonra 2011-ci ildə başından güllələnən İbrahim Tatlıses Ayşegül Yıldız ilə xəstəxanada evlənmişdilər. Bu evlilikdən onların aprel ayında 1 qız övladı dünyaya gəlib. Məşhur sənətçi İbrahim Tatlıses ötən ilin noyabr ayında həyat yoldaşı Ayşegül Yıldızdan boşanıb. Boşanmaya səbəb kimi isə cütlük arasındakı anlaşılmazlıq göstərilib.