Santa-Klausların davası

Santa-Klausların davası

17 Dekabr 2013 15:59
Bəyəndim (0) Bəyənmədim (0)

Nyu-York polisi dava edən sərxoş Santa-Klausların axtarışına başlayıb

Amerika polisi Nyu-Yorkda Santa-Klaus kostyumunda olan şəxslərin kütləvi davasını araşdırır. Həvəskar kamera ilə çəkilmiş, eləcə də təhlükəsizlik kamerasına həkk olunan kadrlarda sərxoş olduğu ehtimal edilən Santa-Klausların əlbəyaxa olaraq, bir-birini döymələri əks olunub. Dava edən şəxslərin ənənəvi "Santa kon" şənliyinin iştirakçıları olduğu bildirilir.
Santa-Klausların davasının kadrları "Youtube" video-portalına yerləşdirildikdən sonra onu qısa vaxt ərzində 150 minə yaxın adam izləyib. Bu video sayəsində Nyu-York polisi araşdırmaya başlayıb, lakin hələlik saxlanılanların olub-olmaması barədə məlumat verilmir.
1994-cü ildə San-Fransiskoda yaranan "Santa Kon" ənənəsi sonradan minlərlə Santa-Klausun iştirak etdiyi şənliyə çevrilib və hazırda dünyanın 44 ölkəsinin 300 şəhərində bu şənlik keçirilir.