Biznesmen həmyerlimlz Moskvada sirk tikəcək

Biznesmen həmyerlimlz Moskvada sirk tikəcək

11 Dekabr 2013 14:10
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada yaşayan azərbaycanlı milyoner, "Crocus Group"un sahibi Araz Ağalarov özünə məxsus yeni "Vegas-2" ticarət mərkəzində sirk inşa edəcək.

Apa-nın xəbərinə görə, bu barədə Rusiyanın "İzvestiya" qəzeti məlumat yayıb. "Crocus City"nin ərazisində inşa ediləcək sirk 2014-cü ilin yaz aylarında fəaliyyətə başlayacaq. Layihənin ümumi dəyəri 300 mln. ABŞ dolları qiymətləndirilir.

"Crocus Group"un vitse-prezidenti Emin Ağalarov isə bildirib ki, yeni ticarət mərkəzinin ümumi sahəsi 250 min kv.m olacaq və buranı həftənin iş günləri 30-40 min, istirahət günləri isə 60-70 min nəfər ziyarət edəcək.

Onun sözlərinə görə, ticarət mərkəzində sirkin inşa edilməsi buraya gələnlərin sayını daha da artıracaq.