Sürücülərin nəzərinə: 1000 manat cərimə oluna bilərsiniz

Sürücülərin nəzərinə: 1000 manat cərimə oluna bilərsiniz

3 Dekabr 2013 14:42
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib.

Bu barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Qanunun 155.2-1 maddəsinə əsasən mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə beş yüz manat miqdarında cərimə edilir.

Bu Məcəllənin 155.2-1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə min manat miqdarında cərimə edilir. 155.7-ci maddədə "səksən manatdan yüz manatadək" sözləri "beş yüz manatdan səkkiz yüz manatadək"sözləri ilə əvəz edilib.

Qeyd edək ki, qanun layihəsi səsvermə nəticəsində qəbul edilib.