Putinin cavabı Ərdoğanı güldürdü

Putinin cavabı Ərdoğanı güldürdü

22 Noyabr 2013 17:42
Bəyəndim (0) Bəyənmədim (0)
Jurnalistin Ərdoğana ünvanladığı suala Putin maraqlı cavab verib

Jurnalistin Türkiyə Baş naziri Ərdoğana ünvanladığı suala Putin maraqlı cavab verib. ANS-in verdiyi məlumata görə, jurnalistin Ərdoğana Türkiyəyə qayıdanda Gizəm Akhanı özünüzlə aparacaqsınızmı sualına Putin gülümsəyərək cavab verib:

"Ərdoğan Sankt-Peterburqda xanımı ilə gəlib. Bu necə sualdır, soruşursunuz? Bildiyim qədər Baş nazir xanımı ilə Ermitaj muzeyini gəzəcək".
Putinin bu ifadələrindən sonra Ərdoğan və konfrans iştirakçıları xeyli gülüb. Türkiyə Baş naziri Putinin sözlərini təsdiqləyərək xanımı ilə Ermitaj müzeyini gəzəcəklərini bildirib.
Xatırladaq ki, Türkiyə vətəndaşı Gizəm Akhan Rusiyada keçirilən qanunsuz "Greenpeace" aksiyasında iştirak etdiyi üçün 2 aydır rus polislər tərəfindən saxlanılıb. Daha əvvəl Murmansk şəhərində təcridxanada olan Akhan daha sonra Sankt Peterburq şəhərinə köçürülüb. Bu gün məhkəməsi keçirilən Gizəm Akhan sərbəst buraxılsa da məhkəmə prosesi davam edir.