Sinqapurda Betmen Supermen oğlunu həbs etdilər
Sinqapurda narkotik ticarəti və oğurluq əməlinə görə Betmen bin Superman (Betmen Supermen oğlu) adlı adamı həbsə atıblar, Əl Ərəbiyə xəbər verir.Məhkəmə 23 yaşlı Betmen bin Supermanı 2 il 9 aylıq həbs cəzasına məhkum edib.O, narkotik ticarətindən başqa qardaşından kredit kartı və yerli firmalardan birinin ofisini oğurlamaqda günahkar bilinib.Əl-Ərəbiyənin məlumatına görə, malay dilindən tərcümədə gənc oğlanın adı "Betmen Supermanın oğlu" mənasını verir. O, qeyri-adi adına görə Sinqapurda çox populyardır və hətta Facebook-da şəxsi fan-klubu var.Qeyd edək ki, "Betmen" Amerikanın "DC Comics" nəşriyyatının dərc etdiyi komikslərin müsbət qəhrəmanlarından biridir və əslində Betmen bin Supermen kimi cinayətkarlarla mübarizə aparır. Digər qəhrəman – Supermen isə (həmin nəşriyyatın dərc etdiyi komikslərin qəhrəmanı) yad planetdən gəlmədir və bütün bəşəriyyətin müdafiəçisi kimi çıxış edir.









































































.jpg)

.jpg)



















