Yeni iPhone 5S Bakıda 1000 manata təklif olunur
Apple şirkətinin bir müddət əvvəl təqdim etdiyi yeni iPhone 5S və bir qədər "ucuz" iPhone 5C modelləri dünyanın bir çox ölkələrində olduğumu kimi Azərbaycanda da böyük maraq doğurdu. Oxumeni.az xəbər verir ki, yeni model telefonlar sentyabrın 20-dən ABŞ-da satışa çıxarılıb, Azərbaycanda isə yeni nəsil iPhone-lərin rəsmi satışları hələ tezliklə başlamayacaq.Bununla belə, artıq Azərbaycanda telefonların satışı ilə məşğul olan bəzi saytlarda, o cümlədən internet-forumlarda sifarişlə iPhone 5S və iPhone 5C modellərini almaq təklif olunur. Belə ki, Azərbaycanda 16 Gb yaddaş həcminə malik iPhone 5S-in qabaqcadan sifarişi 950-1000 manat, 16 Gb-lik iPhone 5C isə 800-900 manat qiymətlə təklif olunur, telefonların gətiriləcəyi ölkə qismində isə Birləşmiş Ərəb Əmirlikləri (Dubay) göstərilir. Xatırladaq ki, iPhone 5C ABŞ-da iki illik müqavilə əsasında satılacaq.Cihazın 16 GB yaddaşı olan modeli 99, 32 GB olan modeli isə 199 dollara təqdim ediləcək. 5C qapaqlar isə 29 dollardır.iPhone 5S isə ağ,boz və qızılı rəngdədir. 5S iPhone 5-dən iki, ilk iPhondan isə 56 dəfə sürətlidir. 5S-in müqavilə qiyməti ABŞ-da 16 GB üçün 199, 32 GB 299, 64 GB üçün isə 399 dollar olacaq./oxu.az/
O.M.