Rolex Azərbaycana gəlir
Artıq bu istiqamətdə danışıqlar aparılır
Dünyada ən məşhur saat markası olan Rolex (İsçevrə) Azərbaycanda nümayəndəlik açmağı planlaşdırır.
Oxumeni.az-ın əldə etdiyi məlumata görə, şirkətin nümayəndələri artıq ölkəmizdəki holdinqlərdən biri ilə bu istiqamətdə danışıqlar aparmağa başlayıblar.Gözlənilir ki, Bakıda Rolex-in Azərbaycan nümayəndəliyi qısa bir müddət ərzində açılacaq. Qeyd edək ki, İsveçrənin bütün dünyada məşhur olan Rolex şirkəti 1905-ci ildə alman Hans Vilsdorf və onun kürəkəni Alfred Davi tərəfindən yaradılıb. Rolex SA şirkəti hazırda qol saatları və aksessuarların istehsalı ilə məşğuldur. Şirkət ildə yarım milyonadək saat istehsal edir.
O.M.
Digər xəbərlər