Bu evdə yaşayan var

Bu evdə yaşayan var

6 Sentyabr 2013 14:12
Bəyəndim (0) Bəyənmədim (0)

"Burada özümü Tanrıya daha yaxın hiss edirəm. Hər gün dua edir, saatlarla ibadətdə oluram. Tanrının məni çağıracağı günü gözləyirəm".

59 yaşlı keşiş Maksim Qavtaradze artıq illərdir ki, tənha qayanın zirvəsində yaşayır. Gürcüstanın İmereti bölgəsində, Çiatura şəhərindən 10 kilometr aralıdakı Qərbi Kasxi kəndinin həndəvərindəki qayanın üsündə daş koma və kiçik ibadətxana var. Keşiş Maksim də 40 metr yüksəklikdə, "Kasxi sütunu" adlanan qayanın zirvəsində ömür sürür.Keşiş Maksim 20 ildən bəri belə yaşayır.

Yerli sakinlər ona yeməyi və suyu həftədə iki dəfə kanatla qaldırırlar.Əvvəllər qaldırıcı kranda çalışmış Maksim Qavtaradzenin dediyinə görə, 1993-cü ildə Tanrıdan ona "Kasxi sütununa qalx" əmri gəlibmiş."Burada, sakitlikdə, tam sükutda sanki Tanrının varlığını daha aydın hiss edirsən. Çox razıyam, çünki lütf sahibiyəm", - keşiş deyib.

Keşiş Maksim yaşadığı kiçik komadan aşağı düşmək istəyəndə 20 dəqiqə ərzində qayaya pərçimlənmiş dəmir nərdivanla enir.

Fotoqraf Amos Çappl kəndə yollanaraq qayada yaşayan keşişin fotolarını çəkib.

Fəqət, çəkilişə icazə almaq asan olmayıb.

Fotoqraf dörd gün sərasər keşiş Maksimin 7 saat davam edən ibadətlərinə qatılıb. Sonra isə o, gecə 2-dən sübhədək 4 saatlıq ibadətdə iştirak edib.

Yalnız bundan sonra keşiş fotolarının çəkilməsinə icazə verib.

"Keşiş olmazdan əvvəl adi insandım. Dostlarımla buraya gələr, dincələrdik. Yeyib-içir, qayaya baxırdıq. Qayanın zirvəsində qədim ibadətxananın qalıqları vardı. Bilirdik ki, orada qədimlərdə bir keşiş yaşayıb. Çox sonralar bu qayanın lütfünü anladım", - keşiş Maksim söyləyib./milli.az/

O.M