64 yaşlı nənə Kubadan ABŞ-a akulalardan, meduzalardan yan keçərək üzdü

64 yaşlı nənə Kubadan ABŞ-a akulalardan, meduzalardan yan keçərək üzdü

3 Sentyabr 2013 09:39
Bəyəndim (0) Bəyənmədim (0)

64 yaşlı amerikalı Dayana Nayad (Diana Nyad) sentyabrın 2-si axşam Florida körfəzini üzərək keçib.Oxumeni.az xəbər verir ki, üzgüçü qadın Havanadan Florida-Kis arxipelaqınadək olan 177 kilometr məsafəni 53 saata qət edib. Yolda qadını qida və su ilə təmin edən, həmçinin onun səhhətini nəzarətdə saxlayan beş köməkçi qayıq müşayiət edib (Reuters).1997-ci ildə Florida körfəzini 22 yaşlı avstraliyalı Syuzi Maroni (Susie Maroney) keçə bilmişdi. Lakin Nayd körfəzi akula toru olmadan keçən ilk qadındır. Eyni zamanda o, akula toru və üzgəclər olmadan okeanda ən uzun məsafə qət etmək üzrə rekorda imza atıb. Üzgüçü qadın zəhərli meduzalardan qorunmaq üçün xüsusi kremdən istifadə edib. Nayad Kubadan Floridayadək məsafəni beşinci dəfədən qət edə bilib. O, ilk dəfə bunu 35 il əvvəl – 28 yaşında etməyə çalışmışdı.

O.M.