Almaniyalı proqramçı Daniel Domaşayt
Berq təəssüf hissi ilə bildirib ki, bu vaxtadək Rusiyaya az nəzər yetiriblər.
O, yazdığı kitabında göstərir: "Rusiya hər addımbaşı təəccüb doğurası hadisələrlə
doludur". Daniel Moskvada cəmisi bircə ay işləyib və həmin
müddətdə dəfələrlə şok yaşadığını yazır: "Bu ay ərzində tək işləməkdən
ayaqlarım qabar bağladı, avtomagistrallarda qorxudan bütün bədənim əsirdi və
nəhayətdə sinirlərim korlandı. Hesablama mərkəzi quraşdırdığım ofisdə çalışan
fəhlələr qırıntıları, zibilləri atmaq əvəzinə vurulan döşəmənin altına
doldururdular. İnşaat müddətində 50-dən çox işçi bədbəxt hadisələrdən
dünyalarını dəyişdi. Çox cüzi məvaciblə, qəpik-quruşa çalışan fəhlələrin güzəranları
həddindən artıq ağır idi. Moskvadakı sürücülər haqqında təəssüratlarım daha
qabarıqdır. Rus tanışımın maşınında səfər edərkən elə qorxdum ki, qapının
qulpunu qırdım. Tanışım sükan arxasında istədiyi tryuku göstərir və deyirdi ki,
məndə polis rəisinin " bu adama toxunmayın" sözləri yazılmış məktubu var. Məni
hər şeydən çox qoca tanışımın qadınlara olan rəftarı təəccübləndirdi. Onun dörd aşnası vardı. Qoca onların hər birinə maşın və mənzil bağışlamışdı".
Yəqin
Daniel Berq rus xalqını "format" eləmək fikrinə düşüb.
Bəhram
Mustafabəyli
O.M.