Rusların yeni telefonu - “Babuşkafon”

Rusların yeni telefonu - “Babuşkafon”

25 İyul 2013 09:43
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyada son texnologiyanın məhsulu olan telefonlar istehsal olunarkən, Rusiyanın bazara yeni çıxartdığı telefon hamını təəccübləndirib. Rusların yeni telefonu "Just5 Brick" Moskvada tanıdılıb. Böyük tuşları və uzun müddətli batareya saxlamaq qabiliyyəti ilə diqqət çəkən telefonla təkcə danışmaq və mesajlaşmaq mümkündür. Elə buna görə də, ruslar telefona "Babuşkafon"(nənə telefonu) adını veriblər. Rusiya və Avropada 91 dolardan satışa çıxarılan telefonu məşhur rusiyalı dizayner Artem Lebedev hazırlayıb.Telefondan əl fənəri kimi də istifadə etmək mümkündür. 5 ayrı rəngdə istehsal olunan telefon sadəcə qocalar üçün nəzərdə tutulmayıb. Rahat və sadə bir telefon istəyən hamının istifadə edə biləcəyi telefon bir həftə sonra ABŞ-da da satışa çıxacaq.

O.M.