""Zəmzəm" suyu zəng səsi ilə qaralır, azan və “Qurani Kərim” oxunduğundan isə aydınlaşır"

""Zəmzəm" suyu zəng səsi ilə qaralır, azan və “Qurani Kərim” oxunduğundan isə aydınlaşır"

11 İyul 2013 09:48
Bəyəndim (0) Bəyənmədim (0)
"Zəmzəm"in sirri açıldı

Yaponiyalı alim Masura Emoto "Zəmzəm" suyu üzərində təcrübə apararaq ilk dəfə suyun sirlərini sənədlə açıqlayıb. Oxumeni.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təcrübə zamanı məlum olub ki, "Zəmzəm" suyu son dərəcə səslərə həssasdır. Su zəng səsi ilə qaralır, azan və "Qurani Kərim" oxunduğundan isə aydınlaşır.
Masura Emoto bildirib ki, "Zəmzəm" suyun həm fiziki, həm də kimyəvi xüsusiyyətlərinə görə, yer üzündəki bütün sulardan fərqlidir: "Zəmzəm" su ətrafında baş verən bütün dəyişikləri yaddaşda saxlayır. Bu suyun quruluşu çox fərqlidir. 4 min ildir ki, su nə azalır, nə çirklənir, nə də yosunlaşır".
Qeyd edək ki, hər il Həccə gedən milyonlarla müsəlman bu sudan içir. İnsanlar bu sudan içdikdən 35 dəqiqə sonra özlərində rahatlıq tapırlar.

O.M.