Dünyanın qüsursuz ilk körpəsi doğulub

Dünyanın qüsursuz ilk körpəsi doğulub

10 İyul 2013 09:37
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyanın genetik olaraq qüsursuz ilk körpəsi doğulub.

Connor Levi adlı bu körpənin genetik olaraq, analiz edildikdən sonra anasına təhvil verilib.Oxumeni.az-ın Türkiyə informasiya vasitələrinə istinadən məlumatına görə, bununla elm adamları dünyaya gələcək uşaqların sağlığını öncədən müəyyənləşdirmək üçün mühüm addımlardan birinin atıldığını bildirib.ABŞ-da süni mayalanma yolu ilə dünyaya gələn bu körpə genetik yapısı analiz edilən ilk uşaqdır. Doğum öncəsi onun genetik yapısı öyrənilib. Bu körpə DNT analizi edilən ilk uşaqdır.

Connor Levinin anası 36 yaşında Maribes Şöeidts, atası isə 41 yaşlı David Levidir. Onlar süni mayalanma yolu ilə üç dəfə övlad yiyəsi olmağa cəhd göstərib. Ancaq bütün hallarda buna nail ola bilməyib.Alimlər bildirib ki, qadınların yaşları artdıqca onların ana olmaq riskləri də artır. Bu, 20 yaşında olanlardan 10 bir olduğu halda, 40 yaşında olan qadınlar üçün bu risk yüzdə 75-dir.

O.M.