"Mən evliyəm" - xanımlar, bu, ürəyinizcə olacaq!

"Mən evliyəm" - xanımlar, bu, ürəyinizcə olacaq!

6 İyul 2013 12:51
Bəyəndim (0) Bəyənmədim (0)

Yeni ixtira qısqanc həyat yoldaşlarının ürəyindən olacaq. ABŞ-da yerləşən internet saytlarının birində maraqlı nişan üzüyü satışa çıxarılıb. Bu üzük ər-arvadın bir-birini aldatmasına mane olacaq. Titan üzüyün qiyməti 550 dollardır. Əsas özəlliyi isə onu barmaqdan çıxarandan sonra uzun müddət barmaqda "I’m Married" (Evliyəm) yazısının qalmasıdır. İz üzüyün içəri üzündəki yazıdan çıxır və aydın oxunur. Nəticədə evli insanın başqa insanla tanış olanda, evliliklərini gizlətmələri müşkülə çevrilir. Qeyd edək ki, üzüyün saldığı izin neçə müddət qaldığı açıqlanmayıb.

O.M.