Ölüm tariximiz: 2000002013

Ölüm tariximiz: 2000002013

6 İyul 2013 12:11
Bəyəndim (0) Bəyənmədim (0)
"Bəlkə də daha soyuq şəraiti olan yüksək yerlərdəki mağaralarda az miqdarda su qalacaq"

Dünya 4.54 milyard yaşa daxil olub. İnsan ömrünə görə 50 yaşında olan Dünya nə vaxt məhv olacaq? Bu sual bir çox araşdırmaların, elmi işlərin mövzusu olub. Bununla bağlı aparılan son tədqiqat:

Türk mətbuatında yer alan məqaləyə görə, bir milyard il sonra, yəni dünya 60 yaşına girəndə planetimizdə su itkiləri başlayacaq. Temperatur get-gedə daha da artacaq və bitkilərin yaşaması üçün münbit şərait azalacaq. Bundan sonra yavaş-yavaş əvvəlcə bitkilər, sonra isə heyvanlar və insanlar məhv olacaq. Mikroorqanizmlərin çoxu isə dünya 70 yaşına çatmadan yəni, 2000002013 ildə məhv olacaq.
İslandiyanın "St Andrews" universitetinin astrobioloqu Jak O’Malley-Ceyms dünyanın gələcək taleyinin həyat üçün düşmən olacağını deyib: "Bəlkə də daha soyuq şəraiti olan yüksək yerlərdəki mağaralarda az miqdarda su qalacaq".

O.M.