Bu il müsəlmanlar təxminən 1391-ci Ramazanı qeyd edəcəklər

Bu il müsəlmanlar təxminən 1391-ci Ramazanı qeyd edəcəklər

6 İyul 2013 09:54
Bəyəndim (0) Bəyənmədim (0)

Bir neçə gün sonra 11 ayın sultanı - Ramazan ayı başlayır. Ramazan ayı orucluq, insan nəfsinin paklığı, eyiblərin islah olunması, ağıl, iman və iradənin saflaşması dövrüdür.
Bu il müsəlmanlar təxminən 1391-ci Ramazanı qeyd edəcəklər. Bu Ramazan kim üçün ilk, kimisinə də hər il yerinə yetirdyi ibadətlərdən olacaq. Oruc tutmağa isə hər kəs müxtəlif zamanlarda başlayacaq. Səbəb hər il olduğu kimi orucluğun nə zaman başlayacağı ilə bağlı insanlarda qeyri müəyyənliyin olmasıdır.
İlahiyyatçılar isə deyir ki, oruc tutmağa bir gün tez başlamaq olar. Əsas odur ki, niyyəti düzgün edəsən.
Qafqaz Müsəlmanları İdarəsi Ramazanın başlanması ilə bağlı ayın 8-ci fətva verəcək. İdarənin 2013- cü il üçün Ramazan ayı üçün açıqladığı təqvimə görə orucluğun ilk günü iyul ayının 10-na təsadüf edir. Ramazan bayramı isə avqustun 8 və ya 9-na düşür. Qədr gecələri isə 27, 29, 31 iyul və 4 avqust tarixlərində olacaq. Peyğəmbərimiz Ramazan haqqında deyib. Bu ay yardımlaşma ayıdır. Yardım etmək üçünsə uzağa getmək lazım deyil. Ətrafımıza boylanmaq kifayət edir ki, yardıma ehtiyacı olan insanları görək.

O.M.