8 yaşında qatil olmuş məhbusun edam zamanı gəldi

8 yaşında qatil olmuş məhbusun edam zamanı gəldi

6 İyul 2013 09:52
Bəyəndim (0) Bəyənmədim (0)
O, artıq 18 yaşındadı

İranda 8 yaşında qətl törətmiş məhbus gələn həftə edam ediləcək. Lent.az-ın İranda çıxan Şərq qəzetinə istinadən məlumatına görə, barəsində edam cəzası çıxarılmış məhbus on ildir həbsxanada saxlanılır.

İran İslam Cəza Qanunlarına görə, azyaşlı qətl törətdiyi halda, onun ölüm hökmünün icrası yalnız 18 yaşından sonra icra edilir.Ad və soyadı açıqlanmayan məhbus artıq 18 yaşındadır və bu baxımdan ölüm hökmü icraya yönəldilib. Məhbusu bağışlamaq üçün onun qətlə yetirdiyi şəxsin valideynləri 500 milyon tümən, yaxud 150 min dollar (bir ABŞ dolları təxminən 3450 tüməndir) qan pulu istəyir.Bu pulu toplamaq üçün iyulun 5-də axşam saatlarında Tehran şəhərinin Ərəsbaran mədəniyyət salonunda Mavi ölümün hissi adlı tamaşa səhnəyə qoyulacaq.

O.M.