
Dünyanın ən böyüyü - ən kiçiyi
Hamburq hava limanından ilham alınaraq ərsəyə gətirilən bu model dünyanın ən böyüyü - ən kiçiyidir. Əgər cümləmiz sizə bir az qəribə gəldisə, o zaman dayanmadan oxumağa davam edin.
Bu günlərdə dünyanın ən böyük hava limanı miniatürünün rəsmləri internet səhifələrini bəzədi. Oxumeni.az-ın da manşetində yer alan bu miniatür modeli həyatda cəmi-cümlətani 150 kv metrlik bir ərazini əhatə edir. Möhtəşəm modelin ərsəyə gətirilməsində onlarla insanın əl əməyi, göz nuru var. O ki qaldı büdcəyə, Hamburqun kiçik modeli 5 milyon avroya başa gəlib.
Bu məqalədə "böyük-kiçik" məsələsini anlamaya bilərsiniz. Kaş ki, həyatda hamımız böyük-kiçik yeri bilək...
Günel Həbib
O.M.
Digər xəbərlər