Alimlər müəyyən ediblər ki, nahar zamanı bir stəkan su içmək arıqlamağa mane olur
Bir çoxlarının daha az yemək üsulu hesab etdiyi yemək zamanı su içmək vərdişi, əslində, əks effekt verə bilər. Kornell Universitetinin tədqiqatçıları belə bir qənaətə gəliblər. Oxuməni.az xəbər verir ki, nəticələr "Appetite" və "Food Quality and Preference" jurnallarında dərc olunub.
Eksperimentlər zamanı məlum olub ki, içilən hər 100 qram əlavə suya görə iştirakçılar təxminən 49 kalori daha çox qida qəbul ediblər. Yemək tikələri arasında tez-tez su içmək yeməyin dadını təzələyir, bu da yemək prosesini uzadır və toxluq hissinin yaranmasını gecikdirir. Su mədəni tez tərk edir və uzunmüddətli toxluq hissi yaratmır.
Başqa bir təcrübədə alimlər aşkar ediblər ki, əksinə, acı yeməklər daha az yeməyə kömək edir. Acı souslu çips yeyən iştirakçılar, yumşaq sousla yeyənlərə nisbətən 28% daha az qəlyanaltı qəbul edib və yeməyi 30% daha yavaş yeyiblər.
Beləliklə, geniş yayılmış pəhriz məsləhətlərinin yanlış olduğu ortaya çıxıb: nahar zamanı su içmək artıq yeməyə səbəb ola bilər, acı yeməklər isə porsiyaya nəzarət etməyə kömək edir.
Almaz Həsənli





























.jpg)

































































