Afrikada yeni meymun növü aşkar edilib
Konqo Demokratik Respublikasında alimlər qeyri-adi maskaya bənzər sifəti olan yeni meymun növü aşkar ediblər. Alimlər bu növə Colobus Congoensis adını veriblər. Oxuməni. az xəbər verir ki, bu barədə "PLOS One" elmi jurnalı məlumat yayıb.
Bu kəşf ən nadir hadisələrdən biri hesab olunur: bu, son 75 il ərzində Afrikada qeydə alınan cəmi beşinci yeni meymun növüdür. Növ Afrikanın infrastrukturu demək olar ki, olmayan və avtomobil yolları çəkilməyən ən əlçatmaz bölgələrindən birində yaşayır.
Florida Atlantik Universitetinin tədqiqatçısı Keyt Detvaylerin sözlərinə görə, bu heyvanların yaşadığı əraziyə ekspedisiyalar mürəkkəb logistika tələb edir: alimlər əvvəlcə təyyarə ilə çatmalı, sonra motosikletlərə keçməli, bir neçə gün piyada yol getməli və sonda yolu oyma qayıqlarla başa vurmalıdırlar.
Meymunun xarici görünüşü mütəxəssislərdə xüsusi maraq doğurub. Ağız və burun ətrafındakı açıq rəngli dəri digər Afrika kolobuslarından fərqlənən xarakterik "maska" naxışı yaradır. Bununla belə, oxşar xüsusiyyətlərə bəzi Asiya kolobus növlərində də rast gəlinir.
Almaz Həsənli
















































.jpg)

.jpg)


.jpg)









































