Bu gün “Gənclərin Beynəlxalq Həmrəylik Günü”dür
24 aprel həmçinin qondarma erməni soyqırımının növbəti ildönümüdür
Bu gün Qriqorian təqvimi ilə ilin 114-cü günüdür. Deməli, 2013-cü ilin sonuna 251 gün qalır. Baharın II ayının 24-cü günü çox az hadisələrlə əlamətdardır. Əvvəla, qeyd edək ki, bu gün "Gənclərin Beynəlxalq Həmrəylik Günü"dür. 1846-cı ilin məhz 24 aprel günü ABŞ-la Meksika arasında müharibə başlayıb. 1898-ci ilin bu günündə isə İspaniya ABŞ-a müharibə elan edib. 1916-cı ildə Böyük Britaniyada irlandiyalıların milli-azadlıq hərəkatı başlayıb. Bu gün həm də ümumdünya ermənilərinin qeyd etdikləri qondarma erməni soyqırımının növbəti ildönümüdür.
Həyatınızın hər gününü əlamətdar etməyə çalışın!
O.M.
Digər xəbərlər