ABŞ-da 12 yaşlı məktəbli nüvə sintezi həyata keçirib

ABŞ-da 12 yaşlı məktəbli nüvə sintezi həyata keçirib

10:51
Bəyəndim (3) Bəyənmədim (0)


Dallasda 12 yaşlı məktəbli özünün dörd ildir üzərində işlədiyi elmi layihə çərçivəsində nüvə sintezini həyata keçirdiyini iddia edib. Oxuməni.az xəbər verir ki, bu barədə “UPI” məlumat yayıb.
Yeddinci sinif şagirdi Ayden Makmillan bildirib ki, o, səkkiz yaşında nüvə fizikasının əsaslarını öyrənməyə başlayıb. Onun sözlərinə görə, ilk iki ilini nəzəri hazırlığa həsr edib, sonra isə qurğunun prototiplərini yaratmağa başlayıb.
Yeniyetmə qeyd edib ki, anasının onun marağını qəbul etməsi asan olmayıb. O, anasının mümkün risklər və təhlükəsizlik tədbirləri barədə ətraflı izahatlara ehtiyac duyduğunu söyləyib. Makmillanın sözlərinə görə, layihə nüvə sintezi reaksiyasının getdiyini göstərə bilən bir göstərici olan neytronların qeydə alınması ilə başa çatıb.
Hazırda məktəbli Ginnesin Rekordlar Kitabına müraciət edərək nüvə sintezini həyata keçirən ən gənc şəxs kimi tanınmaq istəyir. Hazırkı rekord Cekson Osvalta məxsusdur, o, rəsmi məlumatlara görə, 2018-ci ildə 13 yaşına bir neçə saat qalmış nüvə sintezini həyata keçirib.
Almaz Həsənli