ChatGPT-də reklam sınaqlarına başlanılıb
OpenAI şirkəti fevralın 9-da bildirdi ki, ABŞ-da pulsuz (Free) və Go abunəliyi olan istifadəçilər arasında ChatGPT çat-botunda reklam sınaqlarına başlayıb.Bu barədə Oxuməni.az şirkətin rəsmi saytına istinadla xəbər verir.
18 yaşdan kiçik istifadəçilərə reklam göstərilməyəcək. Sağlamlıq, ruhi sağlamlıq və ya siyasət kimi mövzuların yanında reklam olmayacaq. Bundan əlavə, istifadəçilər gündəlik daha az pulsuz mesaj göndərmək müqabilində reklamlardan imtina edə biləcəklər.
Pro, Business, Enterprise və Education planları olan abunəçilər üçün reklam olmayacaq.
"Reklamlar ChatGPT-nin verdiyi cavablara təsir etmir və biz söhbətlərinizi reklam verənlərlə paylaşmırıq. Məqsədimiz, insanların vacib və şəxsi məsələlərdə ChatGPT-yə etimadını qoruyaraq, reklamlar vasitəsilə ChatGPT-nin daha güclü funksiyalarına daha geniş çıxışı təmin etməkdir", - deyə OpenAI-dən bildirilib.
ChatGPT dünyanın ən populyar çat-botlarından biridir. OpenAI-nin sentyabr 2025-ci il tarixinə olan məlumatına görə, hər həftə planetin yetkin əhalisinin 10%-i, yəni təxminən 700 milyon insan tərəfindən istifadə olunur.
Almaz Həsənli



































.jpg)
.jpg)
.jpg)






















































