“Wikipedia” öz tarixinin ən populyar axtarışlarını təqdim etdi
“Wikimedia” Fondu onlayn ensiklopediya olan “Wikipedia”-nın saytında mövcud olduğu bütün dövr ərzində ən populyar 25 axtarışın siyahısını təqdim edib. Oxuməni.az xəbər verir ki, bu məlumatı Amerika jurnalı “Popular Science” yayımlayıb.
Reytinqə ensiklopediyanın özü 2001-ci ildə yaradılmasına baxmayaraq, 2008-ci ildən indiyə qədər olan axtarışlar daxil edilib. Nəşrin sözlərinə görə, bu mövzular istifadəçilər arasında ən çox tələb olunanlar olaraq qalır.
Siyahının lideri məşhurların ölümünə həsr olunmuş səhifə olub – bu səhifə 25 il ərzində 647 milyondan çox dəfə baxılıb.
İkinci və üçüncü yerlərdə ABŞ və Donald Tramp haqqında səhifələr qərarlaşıb ki, bu səhifələrə istifadəçilər müvafiq olaraq 328,5 və 325 milyon dəfə daxil olublar.
Liderlərin ilk beşliyini 2022-ci ildə vəfat etmiş Böyük Britaniya Kraliçası II Yelizaveta haqqında səhifə və Hindistan haqqında məlumatlar tamamlayır.
İlk 10-luğa futbolçu Kriştianu Ronaldu, ABŞ-ın keçmiş prezidenti Barak Obama, SpaceX-in qurucusu İlon Mask, İkinci Dünya Müharibəsi hadisələri və Böyük Britaniya haqqında səhifələr də daxil olub.
Yanvarın 15-də “Wikipedia”-nın istifadəyə verilməsinin 25-ci ildönümü qeyd olunub. Bu gün bu pulsuz onlayn ensiklopediya yalnız ingilis dilində 7,1 milyondan çox məqaləyə malikdir.
Materialların əksəriyyəti hələ də dünyanın on minlərlə könüllüsü tərəfindən yaradılır, redaktə edilir, doğruluğu yoxlanılır və saxlanılır.
Almaz Həsənli








.jpg)


































.jpg)
.jpg)
.jpg)











.jpg)




































