40 il bundan əvvəl mobil telefonla ilk dəfə "alo" deyilib
İlk cihazın çəkisi 1 kq olub
Amerikalı mühəndis Martin Koperin ilk dəfə mobil telefonla danışmasının üstündən 40 il ötdü. "Motorola" şirkətinin əməkdaşı olan Koper 3 aprel 1973-cü il tarixdə Nyu Yorkun 6-cı küçəsində "Motorola DynaTAC" model mobil cihazla ilk dəfə "alo" deyib. Çəkisi 1 kq, uzunluğu 22 cm olan cihazın 20 dəqiqə danışma müddəti olub və elektriklə 10 saatda qidalanıb. Ötən il "The Verge" jurnalına müsahibə verən Koper ilk dəfə mobil telefonla rəqibi Coel Enqelə zəng vurduğunu bildirib.
Qeyd edək ki, hazırda dünyada 6 milyard mobil telefon istifadəçisi olduğu bildirilir.
O.M.
Digər xəbərlər