Səudiyyə Ərəbistanı qərar verdi: Məkkə sökülsün!

Səudiyyə Ərəbistanı qərar verdi: Məkkə sökülsün!

19 Mart 2013 10:19
Bəyəndim (0) Bəyənmədim (0)
İslamın beşiyi olan Məkkə son günlərini yaşayır?

"İndependent" qəzeti Məkkənin yerlə-yeksan olunduğu fotoları yayımladı. Oxumeni.az-ın xəbərinə görə, Səudiyyə Ərəbistanı İslam dininin ən müqəddəs torpağı sayılan Məkkədəki genişlənmə layihəsini həyata keçirəcəyi zaman oradakı tarixin "tarixə" qarışdığı açıq-aydın görünür. İngilis qəzetinin ələ keçirtdiyi rəsmlərə inansaq, Osmanlı və Abbasi dövlətlərinə aid önəmli tarixi əsərlərin olduğu torpaqlar təxrib edilir. Yüz illər öncəsinin və məscidin ən vacib parçaları sayılan sütunların yox edilişini gözlər önünə sərən bu fotolar arxeoloqların narahatçılığına səbəb olub. Yox olan sütunların üzərində ərəbcə Həzrəti Məhəmmədin (s.a.) həyatından bəhs edən yazıların olduğu da iddia edilir.

Məkkə və Mədinə hər il milyonlarla turistə ev sahibliyi edir. Bu səbəbdən - turistlərin rahatını təmin etmək üçün genişləndirmə layihəsi hazırlanıb. Hansı ki, bu layihə ölkənin arxeoloji, mədəni və dini mədəniyyətinə hörmətlə yanaşmayacaq. Yeni fotolara şərh bildirən İslami Miras Araşdırma Mərkəzinin müdiri - professor İrfan Əl Ələvi, "Bu çox vacibdir, çünki bu yerlərin çoxu Məhəmmədin oturduğu və dua etdiyi yerlərdir", - deyərək, gələcək nəsillərin keçmişindən qoparaq yaşayacağına işarə etdi. Proyekt dəyişməsə, Məhəmməd Peyğəmbərin (s.a.) doğulduğu evdən də əsər-əlamət qalmayacaq.

Günel Həbib

O.M.