
Çin alimləri unikal parça hazırlayıb
Pambıq
parçaları nanohissəciklərlə emal edən Çin alimləri sudan və ultrabənövşəyi
şüalardan qoruyan unikal geyim hazırlayıblar.
Parçanın
hazırlanması prosesi üç mərhələdən ibarətdir. Əvvəlcə parçanı 12 saat müddətinə
sink oksidi nanokristalları olan qabın içərisinə salır, daha sonra 48 saat
müddətinə 95º temperaturda avtoklavda saxlayırlar. Qurudulmuş parçada
ultrabənövşəyi şüalar keçirməyən sink oksidi nanomilləri əmələ gəlir. Millərə
nazik silisium-dioksid təbəqəsi çəkmək üçün həmin prosesi avtoklavda təkrar
edirlər. Bu yolla alınmış materialda şanagüllə gülündə olduğu kimi
superhidrofob xassələr saxlanılır.
Pambıq
sapların strukturunun mürəkkəb olmasına baxmayaraq, nanohissəcikli təbəqə qarışıqsız
alınır. Yeni material həqiqətən unikal xassələrə malikdir. Parçanın yuyulmağa
da ehtiyacı yoxdur. Onun ultrabənövşəyi şüalardan müdafiəsi 101.15 həddinə
çatır.
Layihənin müəllifləri əmindirlər ki, yenilik bir çox sahələrdə tətbiq
ediləcəkdir.