Qorxunc xəstəlik ona 10 faiz yaşama şansı verir

Qorxunc xəstəlik ona 10 faiz yaşama şansı verir

4 Mart 2013 10:49
Bəyəndim (0) Bəyənmədim (0)
Bir hindlinin həyat tərzi

Hindistanda yaşayan Ganeş Bhagat Çaurasiyanın həyat hekayəsi eşidənləri dəhşətə gətirir. Belə ki, 15 yaşına çatanda üzündəki şiş səbəbindən ailəsi və yaxınları ondan imtina etdilər. O, ailə mirasından da pay ala bilmədi. Və beləcə, qəhrəmanımızın yeganə evi küçələr oldu. Xarici görüntüsü səbəbi ilə heç yerdə iş tapa bilməyən Ganeş dilənir və xeyirxah insanların ona uzatdığı yeməklə dolanır. Xatırladaq ki, həkimlər əməliyyat vasitəsilə Ganeşi bu bəladan xilas edə bilərlər, lakin bu zaman onun yaşama ehtimalı 10 faiz oduğu üçün əvvəlcə ailə üzvləri, daha sonra özü əməliyyata razılıq verməyib.

Günel Həbib

O.M.