
Dəyəri də böyükdür, anlamı da!
Son olaraq 10 milyon dollara satılan çox yaxşı
vəziyyətdəki bir "Stradivarius" skripkasının Yaponiyadakı zəlzələ və
sunamidən zərər görənlərə kömək üçün satılacağı bildirilib.
1721-ci ildə istehsal edilmiş skripka "Nippon" musiqi fondu tərəfindən
hərraca çıxarılacaq və gəlirin hamısı Şimali Yaponiya "Zəlzələ və Sunami
Kömək Fondu"na göndəriləcək. "Lady Blunt" adlı alət keçən əsr
satışa çıxarıldığı hər səfərdə rekord qiymətə satılıb. Son olaraq 2008-ci
ildə 10 milyon dollara sahibini tapıb. Hərrac salonunun səlahiyyətliləri
skripkanın 20 iyulda internet vasitəsilə satışa çıxarılacağını bildirdilər.
"Nippon"un əlində hazırda dünyanın ən
yaxşı "Stradivarius" və "Quarneri" alətləri var. Xatırladaq
ki, "Lady Blunt" adını eks sahiblərindən birindən götürüb.
Musiqi
mənəvi qida olmaqla yanaşı maddi qida da ola bilərmiş...
Günel
Həbib
O.M.