
Kunq-Fu Airlines
Təyyarələrdə kabinə üzvləri ilə sərnişinlər arasında yaşanan bəzi xoşagəlməzlikləri aradan qaldırmaq, təhlükəsizlik tədbirlərini artırmaq üçün hava yolları şirkətləri fərqli yollara əl atmaq məcburiyyətində qaldılar. Ən maraqlı işə isə Honq-Konq Hava yolları imzasını atdı.
Şirkət işə alacağı və hal-hazırda vəzifə başında olan stüardessa xanımlara Kunq-Funun bir qolu olan Vinq-Çunu öyrənmə şərti qoydu. Honq-Konqlu stüardessalar təlimçilərlə birlikdə bəlli bir vaxtda boş meydanda özlərini necə müdafiə etmənin yollarını öyrənirlər. Honq-Konq Hava yollarının səlahiyyətlilərindən biri, "Əlbəttə ki, hər sərnişin döyülməyəcək", - deyə bildirib.
Yaxşı ki, stüardessalara voleybol dərsi vermirlər. Yoxsa gözəl bir ötürmə ilə istənilən sərnişin göydə uça bilər...
Günel Həbib
O.M.