Dubay şahzadəsindən maraqlı paylaşım: İnstaqramda boşandığını elan etdi

Dubay şahzadəsindən maraqlı paylaşım: İnstaqramda boşandığını elan etdi

19 İyul 2024 09:55
Bəyəndim (0) Bəyənmədim (0)



Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubay hökmdarı Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun qızı Şeyxa Mahra kral ailəsinin İnstaqram hesabında paylaşım edərək əri Şeyx Mana ilə boşandığını açıqlayıb. .
O, paylaşımında “Əziz ərim, sən başqa işlərlə məşğul olarkən, boşandığımızı elan edirəm. Mən səni boşayıram, səni boşayıram və boşayıram. Özünə yaxşı bax. Sənin keçmiş arvadın”- deyə o bildirib.
Xatırladaq ki, cütlük ötən ilin aprelində möhtəşəm mərasimlə evlənib və ilk övladları 2 ay əvvəl dünyaya gəlib…

Oxuməni.az