İspaniyada öküzlərin dənizə atıldığı festival ilk dəfə olaraq məhdudlaşdırılıb

İspaniyada öküzlərin dənizə atıldığı festival ilk dəfə olaraq məhdudlaşdırılıb

11 İyul 2024 13:09
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniyanın şərqində Aralıq dənizi sahilində yerləşən Denia şəhərində öküzlərin küçə ilə qaçaraq dənizə atıldığı "Bous a la Mar" (Bulls to the Sea) festivalı məhdud çərçivədə keçirilib.

İspaniyanın mədəni simvollarından biri olan öküzlərin istifadə edildiyi festivallar heyvan hüquqlarını müdafiə edən qeyri-hökumət təşkilatlarının təzyiqi ilə günümüzə uyğunlaşdırılır. Bu festivallardan biri də 16-cı əsrdən qalma ənənə olan "Bous a la Mardır".

İspaniyanın milli mədəni dəyərlərindən biri kimi tanınan və Denia xalqı üçün əhəmiyyətli olan "Bous a la Mar" festivalının xarakterik xüsusiyyəti, küçə boyu insanlarla birlikdə marşrut boyunca qaçan öküzlər kimi tanınır. Yol bitincə isə öküzlər dənizə atılır.

Öküzlərlə bilikdə qaçıb dənizə tullanan insanlar sonradan öküzləri dənizdən çıxarmağa kömək edirlər.

Keçən il festivalda bir öküzün dənizdə boğulması qeyri-hökumət təşkilatlarının ənənəyə zidd reaksiyalarına səbəb oldu.

Bu il Deniyada ilk dəfə olaraq həm öküzlərin dənizə qaçışı, həm də festival çərçivəsində keçirilən korrida yarıbayarı azaldılıb.

Məhdudiyyətlərə baxmayaraq, 7 öküzün dənizə atıldığı festivala marağın sıx olması diqqət çəkib…

Oxuməni.az