Qaçaqçının təəccüblü üsulu: O, şalvarında 100 ilan gizlədib

Qaçaqçının təəccüblü üsulu: O, şalvarında 100 ilan gizlədib

10 İyul 15:19
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyanın ən böyük heyvan qaçaqmalçılığı mərkəzi olan Çində bir kişi şalvarına yapışdırdığı 100-dən çox ilanı ölkə sərhədlərinə keçirməyə cəhd edərkən yaxalanıb. Yerli polisin yaydığı açıqlamada ilanların əksəriyyətinin yad növ olduğu bildirilib.

Bildirilib ki, adı açıqlanmayan sərnişin Honq-Konqdan qaçaraq sərhədyanı Şençjen şəhərinə daxil olmaq istəyərkən gömrük əməkdaşları tərəfindən saxlanılıb.

Açıqlamada deyilir ki, “Gömrükçülərin yoxlamaları zamanı sərnişinin geyindiyi şalvarın ciblərinin parça çanta ilə örtüldüyünü və lentlə bağlandığını müəyyən ediblər”.

Gizli ciblər açılan zaman hər çantanın içərisində hər formada, ölçüdə və rəngdə canlı ilanlar tapılıb…

Oxuməni.az