Nəhəng sendviç üçün yüzlərlə kilo ət istifadə edilib

Nəhəng sendviç üçün yüzlərlə kilo ət istifadə edilib

8 İyul 07:36
Bəyəndim (0) Bəyənmədim (0)

Boliviyada aşpazlar və onların tələbələri maraqlı rekorda imza atıblar. Dünyanın ən böyük sendviçini hazırlamaq üçün yüzlərlə kilo un və ət istifadə olunub.

Boliviyanın paytaxtı La Pazda yüzlərlə insan dünyanın ən böyük sendviçi rekordunu qırmaq üçün birlikdə çalışıb.

Buterbrod üçün 300 kiloqram un, bir kisə soğan və yerkökü, 380 kiloqram ət istifadə olunub.

Bütün bu inqrediyentlər birləşdirilərək dünyanın ən böyük sendviçi hazırlanıb.

Aşpazların hazırladığı nəhəng sendviç daha sonra əraziyə toplaşan kütləyə paylanıb.

Oxuməni.az