Yaponiyada yeni texnologiya: Dəmiryolunun təmirində insanabənzər robotlar

Yaponiyada yeni texnologiya: Dəmiryolunun təmirində insanabənzər robotlar

5 İyul 15:18
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiyada dəmir yolu şirkəti təmir işlərində insanabənzər robotlardan istifadə etməyə başlayıb. Texnologiya sayəsində əhalisi sürətlə qocalan ölkədə işçi qüvvəsi probleminin həlli hədəflənib.

Tokioda bir dəmir yolu şirkəti dəmir yollarında təmir işləri üçün insanabənzər robotlardan istifadə etməyə başlayıb.

Robot yük maşınındakı krana qoşulub və pultla idarə olunur.

40 kiloqrama qədər yükü qaldıra bilən 12 metrlik robot həm də rəssam kimi fırça tuta və ya elektrik mişarından istifadə edə bilir.

Hələlik robot yalnız ağacları budamaq və metal hissələri rəngləmək üçün istifadə olunur.

Oxuməni.az