
Meymunlar özlərini sağaltmaq üçün antibiotik xüsusiyyətləri olan bitkiləri yeyirlər
İngiltərənin Oksford Universiteti ilə Almaniyanın Neubrandenburq Tətbiqi Elmlər Universitetinin birgə apardığı araşdırmada xəstə şimpanzelərin sağalmaq üçün iltihab əleyhinə və antibiotik xüsusiyyətləri olan bitkiləri yedikləri müşahidə edilib.
Oksford Universiteti Uqandadakı Budonqo meşəsində yaşayan iki qrup şimpanze və onların istehlak etdikləri 13 bitki növünü 8 ay müddətində araşdırıb.
Bu bitkilər Neubrandenburq Tətbiqi Elmlər Universiteti tərəfindən tədqiq edildikdə, onların iltihab əleyhinə və antibiotik xüsusiyyətləri olduğu müşahidə edilmişdir.
Araşdırmalar nəticəsində xəstəlik əlamətləri göstərən şimpanzelərin sağalmaq üçün yarpaq yemək, qabıq çeynəmək kimi davranışlar sərgilədiyi ortaya çıxıb.
Şimpanzelərin xəstəlikdən xilas olmaq üçün yarpaq yediklərinin müşahidə edildiyi araşdırmada, bənzər xəstəlikləri müalicə etmək üçün kolların qabığındakı yumşaq toxumaları çeynədikləri müəyyən edilmişdir…
Oxuməni.az