Taksi sürücüsü yuxuya getdi, müştəri isə sükan arxasına keçdi

Taksi sürücüsü yuxuya getdi, müştəri isə sükan arxasına keçdi

24 May 13:49
Bəyəndim (0) Bəyənmədim (0)

Maraqlı hadisə Taylandda baş verib. Qadın müştərilərdən biri taksinin sürücüsünün yatdığını görüb. Qadın müştəri sürücü ilə yerini dəyişərək sükan arxasına keçib. Taksi sürücüsü isə bütün yol boyu arxa oturacaqda yatıb.

Taylandın Pattaya şəhərindən təxminən 164 kilometr aralıda yerləşən Don Muang hava limanına getmək üçün gecə saatlarında taksi çağıran iki qadın taksi sürücüsünün bir müddət sonra yatdığını görüblər.

Gecələr yaşadıqları ərazidə başqa taksi tapa bilməyəcəklərini düşünən qadınlar sürücüyə nəqliyyat vasitəsini özləri idarə etməyi təklif ediblər.

Taksi sürücüsü müştərinin təklifini qəbul edib və daha sonra arxa oturacaqda yatıb.

Qadınlardan birinin lentə aldığı görüntülərdə gənc qadının nəqliyyat vasitəsini özü idarə etdiyi, taksi sürücüsünün isə arxa oturacaqda yatdığı an sosial şəbəkələrdə maraqla izlənib…

Oxuməni.az