Dünyada indiyə qədər satılan ən bahalı lələk

Dünyada indiyə qədər satılan ən bahalı lələk

22 May 16:07
Bəyəndim (0) Bəyənmədim (0)

Nəsli kəsilmiş Huia quşuna aid lələk 46 min 521 dollara satılaraq, dünyada indiyə qədər satılan ən bahalı lələk olub.

Yeni Zelandiyada hərracda təxminən 3000 dollara satılacağı gözlənilən 9 qramlıq lələk üçün ilkin təkliflər gözləniləndən xeyli yüksək olub.

Xatırladaq ki, Yeni Zelandiyada qızılın qramının qiyməti 127 dollar civarındadır. Doqquz qramlıq Huia tükünün qramı isə 5169 dollara bərabərdir. Bu isə lələyi qızıldan 40 dəfə daha qiymətli edir.

Satıcının və alıcının haqqında məlumat, məxfilik əsas götürülərək açıqlanmayıb. Ancaq hər ikisinin qeydiyyatdan keçmiş kolleksiyaçılar olduğu və Yeni Zelandiyada yaşadığı məlum olub.

Oxuməni.az