İlin ən görkəmli evi

İlin ən görkəmli evi

4 Aprel 2011 16:18
Bəyəndim (0) Bəyənmədim (0)
"Robb Report" jurnalı ilin ən yaxşı evini seçdi.


"Landry Design Group" tərəfindən hazırlanan evin tam 28 otağı var. Los Anceles şəhərində ucalmış bina labirinti xatırladır. Bağça qisimindəki asma yollarsa ən diqqət çəkici xüsusiyyətlərindən biridir. 6000 kvadrat metrlik bir ərazinin 3720 kvadratında inşa edilmiş ev təməli atıldıqdan 3 il sonra hazır vəziyyətə gətirilib.

2010-cu ildə tamamlanan evin içərisində kababxanası, xüsusi kino salonu, açıq-bağlı üzmə hovuzu, yaş-quru sauna, xüsusi masaj otağı var. Kaliforniya əyalətinin qərbində inşa edilən möhtəşəm imarət təpənin üzərində tikilib. Bu minvalla da evin pəncərələrindən şəhər, meşə və okean mənzərəsini görmək mümkündür. Hətta vanna otağındaykən okeanın əvəzsiz gözəlliyindən zövq almaq mümkündür.

Evin sahibinə gəlincə, təəssüf ki, bilinmir. Bu dəbdəbəli evə bitər-bitməz köçən ev sahibləri adlarının açıqlanmasının əleyhinədirlər.

O.M.