Şahzadənin 485 milyonluq "uçan saray" oyuncağı

Şahzadənin 485 milyonluq "uçan saray" oyuncağı

17 Dekabr 2012 16:38
Bəyəndim (0) Bəyənmədim (0)
Təyyarədə nələr yoxdur ki..

Səudiyyə Ərəbistanı şahzadəsi Əl Vəlid bin Tallal 485 milyon dollara alacağı dünyanın ən böyük təyyarəsini - "A380"ni əsl saraya çevirməyi düşünür. Oxumeni.az-ın xəbərinə görə, bin Tallal "Airbus" firmasına içi və xarici özəl olaraq dizayn edilən təyyarə sifariş verib. "Uçan saray"da 4 ədəd bəzədilmiş çarpayı, 1 türk hamamı, 1 iclas otağı, 1 konsert salonu, krallara layiq 5 suit - otaq, 1 məscid, "Rolls Royce" avtomobilini park etmək üçün xüsusi bölüm olacaq. "Airbus" bu xəbəri təsdiqləyib və bildirib ki, gələn il yeni təyyarəsi şahzadəyə təslim ediləcək. 57 yaşlı Əl Vəlid bin Tallalın təxminən 21.3 milyard dollarlıq sərvəti olduğu təxmin edilir.

Günel Həbib

O.M.