50 milyon dollarlıq mavi brilyant hərraca çıxarılır

50 milyon dollarlıq mavi brilyant hərraca çıxarılır

6 Noyabr 07:25
Bəyəndim (0) Bəyənmədim (0)

"Bleu Royal" adlı mavi brilyant «Christie's» hərrac evi tərəfindən hərraca çıxarılacaq. Daxili quruluşu "qüsursuz" olaraq xarakterizə edilən almaza 50 milyon dollara alıcı tapala bilər.

«Christie's» hərrac evi "Bleu Royal" adlı mavi almazı noyabrın 7-də İsveçrənin Cenevrə şəhərində keçiriləcək hərracda nümayiş etdirəcək.

Çox aydın rəngə malik olan almaz dünyada çox nadir rast gəlinən bir quruluşa malikdir. Üzüyün üzərinə qoyulan "Bleu Royal" adlı mavi brilyant 17,6 karatdır və mümkün olan ən mükəmməl quruluşa malikdir.

«Christie's» hərrac evindən Rahul Kadakia, «Bleu Royal-ı bu qədər nadir və xüsusi edən onun ölçüsüdür. 17,6 karatlıq almaz, ölçüsünə görə növünün ən böyüyüdür» deyə bildirib.

2016-cı ildə "Oppenheimer Blue" adlı 14,6 karatlıq mavi almaz 57 milyon dollara satılıb. “Bleu Royal”ın bu rekordu keçəcəyi düşünülür.

Oxuməni.az