Belə istedad hələ görülməyib

Belə istedad hələ görülməyib

14 Dekabr 2012 18:29
Bəyəndim (0) Bəyənmədim (0)
Çinli qadın eyni anda iki əli ilə fərqli dildə yazı yaza bilir

Çin Xalq Respublikasında iki əli ilə iki fərqli dildə yazı yaza bilən qadın hər kəsi təəccübləndirib. Telefon və kompüterin keçmişlə nisbətdə həyatımızda daha önəmli yer aldığı bu günlərdə çinli qadının istedadı görənlər şoka salır. Oxumeni.az-ın məlumatına görə, əsl sənəti tərcüməçilik olan Chen Siyuan eyni anda həm Çin, həm də ingilis dilində yazı yazaraq, ünə qovuşub.Gənc qadının bu istedadı isə məktəbdə oxuduğu zaman kəşf edilib. İngilis dili dərsində ev tapşırığını yerinə yetirərkən iki əllə eyni zamanda yazı yaza bildiyinin fərqinə varan 24 yaşlı Chen bu istedadının ondan başqa heç kimdə olmadığının fərqinə varıb. O, iki fərqli dildə şeirlər də yazır.

Günel Həbib

O.M.