Yang üç mərtəbəli məktəbin yeganə şagirdidir
Çinin Fujian əyalətində yerləşən məktəbin bir şagirdi və cəmi iki müəllimi var. Belə ki, ölkənin dağlıq bölgələrində yerləşən və 35 milyon nəfərlik sakini olan Fujiandan zamanla köç edənlərin sayı çoxalıb. Sakinlər iş tapmaq, çörək pulu qazanmaq üçün böyük şəhərlərə axın edincə məktəbin şagirdlərinin sayı azalıb. Və beləcə, balaca Yang boş sinifdə müəllimləri ilə tək başına qalıb.
2005-ci ildə inşa edilən məktəb binasında 24 dərslik olub. 80 şagirdi olan məktəb köç səbəbindən 17 şagirdlə keçinməli olub. Sonradan isə 17 rəqəmi 1-ə qədər enib. İşini sevən, ondan dörd əllə yapışan müəllim Zheng Zhixiong deyir ki, cəmi bircə şagirdi olmasına baxmayaq, onun dərslərini axsatmır. Həmyaşıdları ilə savad baxımından eyni tərəzidə olması üçün əlindən gələni əsirgəmir.
Günel Həbib
O.M.































































































