İti ilə meşəyə gəzintiyə çıxan adam həyatının şokunu yaşadı

İti ilə meşəyə gəzintiyə çıxan adam həyatının şokunu yaşadı

24 Oktyabr 13:42
Bəyəndim (0) Bəyənmədim (0)

David Malon adlı şəxs meşədə itini gəzdirərkən gözlənilməz hadisə ilə qarşılaşıb. Güclü külək əsərkən meşənin torpağı tərpənməyə başlayıb. Malon bu maraqlı və təəccüblü hadisəni dərhal telefonunda lentə alıb.

Maraqlı təbiət hadisəsini sosial media hesabında yerləşdirən David Malone "Bu səhər meşə dəniz kimi hərəkət edirdi" yazıb. Sonrakı paylaşımda David Malon yer sürüşərkən çəkdiyi görüntüləri də paylaşıb.

David Malone daha sonra belə qeyd edib: "Meşədə sanki qəribə bir anomaliya var idi, çünki arxamızda və yan tərəfdə hər şey nisbətən sakit görünürdü. Küləkli bir gündə əvvəllər yüzlərlə dəfə gəzdiyimiz yollarla gedirdik. Birdən torpağın necə aralandığının şahidi oldum. Bu çox dəhşətli idi". Həyatında ilk dəfə bu çür vəziyyətlə qarşılaşan David Malone sosial şəbəkələrdə paylaşım edərkən belə hisslərini gizlədə bilməyib.

Murad Şahməmməd