"Üzsüz insan" ata oldu
Üzünü örtən ət parçaları ilə bu günə qədər çətin həyat tərzi sürən, dilənçiliklə ailsəini dolandıran Məhəmməd Lətif Xatananın ayaqları hazırda yerdən üzülmüş vəziyyətdədir. Belə ki, o, ata olub. Aylardır doğulacaq uşaqları üçün həyəcan keçirən Məhəmməd və arvadı Səlimə sağlam qız uşaqlarını qucaqlarına götürdükdən sonra dərin nəfəs ala bildilər. "Uşağımın üzündə heç bir ləkə və ya ət parçası olmadığını gördüm, çox xoşbəxtəm", - deyən Məhəmməd indi keçmişini unutmaq istəyir. Əhatəsində olanların onu görəndə diksindiklərini və ya yerə tüpürdüklərini söyləyən qəhrəmanımız uşağından sonra bütün bunlara son qoyulacağına ümid edir. Xatırlada ki, ailədə ondan savayı üç bacısı və iki qardaşı olsa da, bu xəstəlik yalnız onu pəncəsinə keçirə bilib.
Günel Həbib
O.M.
















































































.jpg-2.jpg)














