«Galaxy Z Flip 5»-in rəqibi «Oppo Find N3 Flip»-in Avropa qiyməti açıqlandı

«Galaxy Z Flip 5»-in rəqibi «Oppo Find N3 Flip»-in Avropa qiyməti açıqlandı

12 Oktyabr 2023 06:57
Bəyəndim (0) Bəyənmədim (0)

Son aylarda Çində satışa çıxarılan «Galaxy Z Flip 5»-in rəqibi «Find N3 Flip»-in Avropa macərası çox yaxında başlayacaq. Qatlana bilən telefonun qlobal versiyası əvvəllər «Geekbench» verilənlər bazasında və bəzi e-ticarət saytlarında peyda olmuşdu. Bu yaxınlarda paylaşılan yeni hesabat cihazın qiymət etiketini ortaya qoydu.

Sənayedə maraqlı işləri ilə tanınan Abhishek Yadav, qarşıdan gələn «Oppo Find N3 Flip»-in qiymət etiketini paylaşdı. Buna uyğun olaraq smartfonun 12 GB RAM və 256 GB-lıq versiyasının 1140 dollara satılacağı gözlənilir. 512 GB yaddaş versiyasının qiyməti hazırda məlum deyil.

Smartfon bu yaxınlarda «Geekbench» verilənlər bazasında CPH2519 model nömrəsi ilə peyda oldu. Smartfon təknüvəli testlərdə 1895, çoxnüvəli testlərdə isə 4655 xal toplaya bilib. Bunun xaricində cihazla bağlı keçmiş sızmalara baxsaq, Avropa və Çin versiyaları arasında çox da fərq olmayacağını söyləyə bilərik.

Murad Şahməmməd