«Duracell»-ə ​​qarşı istintaq araşdırılması açıldı

«Duracell»-ə ​​qarşı istintaq araşdırılması açıldı

29 Sentyabr 07:26
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Rəqabət Təşkilatı dünyaca məşhur akkumulyator təchizatçısı «Duracell»-ə ​​qarşı təhqiqat başlatdığını açıqladı. Araşdırma çərçivəsində şirkətin 4054 saylı Qanunu pozub-pozmadığı araşdırılacaq. Rəqabət Təşkilatı Türkiyənin və hətta dünyanın ən məşhur akkumulyator istehsalçılarından biri olan «Duracell»-ə ​​qarşı istintaq başlatdığı açıqlamanı mətbuatla da paylaşıb. Açıqlamaya görə, «Duracell» alıcıların və müştərilərin məhdudlaşdırılmasına səbəb olan bəzi kommersiya təcrübələri ilə məşğul olub. Qurum «Duracell» ilə bağlı qanun pozuntularının ciddi və yetərli olduğunu və bununla bağlı araşdırma açıldığını bildirsə də, şirkətdən məsələ ilə bağlı açıqlama verilməyib. Görünən odur ki, «Duracell»-i böyük cərimələr gözləyir.

Murad Şahməmməd